Samarada iki azərbaycanlı maşında diri-diri yanıb
Samarada baş verən yol qəzasında iki azərbaycanlı dünyasını dəyişib. APA TV-nin məlumatına görə, hadisə şəhərin Avropa və Qaqarin küçələrinin kəsişməsində baş verib. Gecə saatlarında Qaqarin küçəsi ilə hərəkət edən “Lada Priora” markalı avtomobil Avropa küçəsi ilə yüksək hərəkətdə olan Chevrolet Cruze maşını ilə toqquşub. Toqquşma nəticəsində “Lada Priora” alışıb, maşında olan iki nəfər dünyasını dəyişib. Bir yaralı isə xəstəxanaya çatdırılıb. Ölən şəxslərdən birinin 30 yaşlı Azərbaycan vətəndaşı olduğu bildirilsə də, onun adı açıqlanmır. Yerli bloqqerlər ikinci şəxsin də azərbaycanlı olduğunu yazıblar. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:24
759
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1330
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1565
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1225
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1625
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1117