İŞİD lideri bombardmanlar zamanı yaralanıb, onun Suriyaya aparıldığı bildirilir
İraq Daxili İşlər Nazirliyinin mətbuat katibi general Saad Maan İŞİD lideri Əbubəkr əl-Bağdadiyə məxsus olduğu iddia edilən videogörüntülərin saxta olduğunu açıqlayıb. APA TV-nin məlumatına görə, general bildirib ki, əl-Bağdadinin Mosulda məsciddə çıxışının görüntüləri analiz olunub və kadrların başdan-ayağa montaj edildiyi aşkarlanıb. General Maan bildirib ki, İŞİD lideri İraq aviasiyasının son zərbələri zamanı ağır yaralanıb və silahlılar öz liderlərini müalicə üçün Suriyaya aparıblar. Bu açıqlamalar digər mənbələr tərəfindən hələlik təsdiqlənməyib.
Qeyd edək ki, İŞİD liderinin video görüntülərində əl-Bağdadi bütün müsəlmanların ona biət etməsini istəyir. Bu günə kimi İŞİD liderinin görüntüləri gizli saxlanıb, onun ABŞ Federal Təhlükəsizlik Bürosunda və İraq Daxili İşlər Nazirliyində cəmi iki fotosunun olduğu bildirilir. Əl-Bağdadi ABŞ tərəfindən axtarışa verilib, onun yerini deyənə 10 milyon dollar mükafat boyun olunub.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub