Nabranda reyd: sürücülərlə polis arasında toqquşma oldu (REAL GÖRÜNTÜ)
Baş Dövlət Yol Polis İdarəsi və Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları həftə sonu Nabran qəsəbəsi ərazisində reyd keçirib. Reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülər barədə protokol tərtib edilərək, qanunamüvafiq tədbirlər görülüb. Bəzi hallarda sürücülər polis əməkdaşlarını tələblərinə əməl etməkdən boyun qaçırdıqda tərəflər arasında qarşıdurma yaranıb.
Xaçmaz Dövlət Yol Polisi Bölməsinin rəisi Əliağa Əsgərbəylinin verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 62 sürücü barədə protokol tərtib edilib.
Əliağa Əsgərbəyli bildirib ki, reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.
OXŞAR XƏBƏRLƏR
17:46
619
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
787
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
739
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1133
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
983
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
1004