İŞİD lideri ortaya çıxdı və danışdı
“İraq və Şam İslam Dövləti” (İŞİD) silahlı qruplaşmasının lideri Əbubəkr əl Bağdadinin çıxış etdiyi video yayılıb. APA TV-nin məlumatına görə, bu günə qədər üzünü gizlədən Əbubəkr əl Bağdadi özünü xəlifə elan etdikdən sonra ilk dəfə ortaya çıxıb. 21 dəqiqə davam edən videoda O, bütün müsəlmanlardan özünə beyət etmələrini istəyib. Çəkilişin Mosulda bir məsciddə aparıldığı bildirilir. Bağdadi cümə xütbəsi verərək namaz qıldırıb. İndiyə kimi Bağdadinin iki fotoşəkli var. Onların biri Amerika Federal Təhqiqat Bürosuna, ikincisi isə İraq Daxili İşlər Nazirliyinə aiddir. Bağdadi ABŞ-ın ən çox axtardığı beş adamdan biridir və başına 10 milyon dollar mükafat qoyulub.
OXŞAR XƏBƏRLƏR
17:46
620
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
788
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
740
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1133
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
983
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
1004