Vaxtında oxunmayan azan orucu batil etdi
Türkiyədə azanın vaxtından əvvəl oxunması yüzlərlə insanın orucunu tez açaraq batil olmasına səbəb olub. Hadisə Türkiyənin şimalında yerləşən Kastamon şəhərinin Tosya kəndində baş verib. Mərkəzi sistemlə azan oxunan mahalda, saat 20:28-də oxunması lazım olan axşam azanı, imamın səhvi ucbatından 20.18-də oxunub və daha sonra Ramazan topu atılıb. Azan səsini eşidən vətəndaşlar saatın fərqinə varmadan orucunu açıb. Ancaq 10 dəqiqə sonra təkrar azan oxunması və topun atılmasıyla vətəndaşlar arasında qarışıqlıq yaşayıb. Tosya müftisi Mehmet Korkmazın bildirdiyinə görə, azanın 10 dəqiqə tez oxunmasının səbəbi, buna boyun olan şəxsin saatı səhv salması ilə əlaqədar olub.
Qeyd edək ki, Vətəndaşları sakitləşdirmək üçün imam bilmədən edilən səhvin orucu batil etmədiyini desə də, aldadılan sakinləri inandıra bilməyib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub