Ağdaşda kütləvi iribuynuzlu heyvan ölümünün səbəbləri açıqlandı
Ağdaş rayonunda iribuynuzlu heyvanlar otlaq sahəsində zəhərlənərək ölüb. Hadisə rayonun Abad kəndində qeydə alınıb. Kənd sakinləri Həmzə Yaqubov, Mikayıl Mikayılov, Füzuli Yaqubov, Nazim İsmayılov, Xəlil Həmidov və Məhəmməd Əzizova məxsus 10 baş inək və camış otlaq sahəsində olarkən qəflətən zəhərlənərək ölüb.
Kəndin örüş sahəsində eyni vaxtda 20-dən çox iribuynuzlu heyvan zəhərlənib. Dərhal əraziyə baytar həkimlər çağırılıb. İnəklərin əksəriyyətinin vəziyyəti sonradan yaxşılaşsa da, 10 baş iribuynuzlu heyvan tələf olub.
Ölən heyvanlardan götürülən qan nümunələri Göyçay Regional Baytarlıq Laboratoriyasında yoxlanılıb və mal-qaranın otlaq sahəsində bitən kalış adlanan otdan zəhərləndiyi bildirilib. Məlumata görə, kalış otu torpaqdan təzə çıxan zaman çox zəhərli olur və heyvanlara mənfi təsir göstərir.
Kənd sakinlərinin sözlərinə görə, əvvəlki illərdə də otlaq sahəsində mal-qaranın bu cür zəhərlənməsı və tələf olması halları qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub