Nazir vətəndaşları qəbul etdi
Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Respublikanın şimal qərb bölgəsində vətəndaşları qəbul edib. APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, Qax rayon telekomunikasiya qovşağında keçirilən görüşdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz rayonlarından olan 50-dən artıq vətəndaş iştirak edib.
Qəbul zamanı vətəndaşların yaşadığı bölgələrdən videokonfrans şəklində rabitə əlaqəsi yaradılıb. Qəbulda əsasən ucqar kəndlərdə bankomat, sürətli internet, ştat məsələləri və digər texniki problemlərlə bağlı müraciətlər üstünlük təşkil edib.
Müraciət olunan digər şikayətlərin bir çoxu isə yerindəcə öz həllini tapıb.
Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun sözlərinə görə, "Rayon poçt şöbələrində mikrokreditlərin verilməsi sahəsində pilot layihələr hazırlanır. Kənd təsərrüfatı sahəsində çalışanlara poçtların vəsaiti hesabına kiçik həcmli kreditlərin verilməsi məsələləri həllini tapacaq".
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyatı orqanlara çatdırılması üçün nəzarətə götürülüb.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub