İşçiləri haqda məlumatları gizlədən sahibkarlar yüksək məbləğdə cərimələnəcək
Əmək müqavilələrinin elektron informasiya sisteminə yerləşdirilməsi üçün sahibkarlara 90 gün vaxt verilib. Bu barədə APA TV-də efirə gedən “Sosium” verilişində məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bildirib ki, bu müddət ərzində müqavilələri elektron informasiya sisteminə yerləşdirməyənlər yüksək məbləğdə cərimələnəcək.
"3 ay müddətində bütün məlumatlar elektron informasiya sisteminə yerləşmiş olacaq. Əgər kimlərsə işçilər haqqında məlumatı gizlətsə, müqavilələri yerləşdirməsə, biz yenidən yoxlamalar aparıb, qüsurları aşkar edəcəyik. Hər kəs bilməlidir ki, cərimələr yetərincə yüksəldilib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanları 3 min manatdan 5 min manata, fiziki şəxsləri isə 20 min manata qədər cərimə gözləyir. Xeyli sayda işçini elektron qeydiyyata almayan sahibkarı isə 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir".
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin sözlərinə görə, yeni sistemin üstünlüklərindən biri də odur ki, heç kəs bundan sonra əlavə iş yeri üzrə staj yazdıra bilməyəcək. Əmək müqaviləsi isə əvvəlki kimi işçi və işə götürən arasında müqavilə imzalandığı gündən yox, elektron informasiya sistemində təsdiqlənəndən sonra qüvvəyə minəcək.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub