Telman İsmayılovun Kiprdəki bank hesabları donduruldu – MƏHKƏMƏ QƏRARI
Kipr məhkəməsi AST Şirkətlər Qrupunun təsisçisi, tanınmış iş adamı Telman İsmayılovun Kiprdəki bank aktivlərinin dondurub. APA TV-nin “Vesti.az”a istinadən yaydığı məlumata görə, məhkəmə bu qərarı “Manqazey” qrupunun sahibi Sergey Yançukova məxsus “Sezaria LTD” şirkətinin iddiası əsasında qəbul edib. Şirkətin iddianaməsində Telman İsmayılovu 135 milyon dollar krediti və kredit faizlərini ödəməyə məcbur etmək xahiş olunur.
“Sezaria” şirkətinin məlumatında qeyd olunur ki, bu qurum 2010-cu ilin sentyabrında Telman İsmayılovun Kiprdə fəaliyyət göstərən Tandum LTD şirkətinə bir il müddətinə 10 faizlə 50 milyon dollar kredit verib. Kreditə görə faizlər vaxtında ödənildiyindən 2011-ci ilin fevralında “Tandum LTD”yə daha 50 milyon kredit verilib. Bu kredit də illik 10 faizlə verilsə də, onun bağlanma müddəti iki il olub. 2013-cü ilin aprelində Telman İsmayılovla “Sezaria” arasında borcun əsas hissəsinin ödəniş müddətinin uzadılması barədə bir neçə saziş imzalanıb. Telman İsmayılov rəhbəri olduğu Tandum LTD şirkətinin krediti qaytara bilməyəcəyi təqdirdə vəsaiti öz şəxsi aktivlərindən ödəyəcəyi barədə öhdəlik götürüb. Lakin iş adamı bunu etmədiyinə görə, şirkət İsmayılovun bank aktivlərinin dondurulması tələbi ilə məhkəməyə müraciət edib.

OXŞAR XƏBƏRLƏR
17:46
636
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
804
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
757
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1137
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
986
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
1008