İŞİD Türkiyə sərhədində bayrağını qaldırdı
Suriyanın Türkiyə ilə sərhədində "İraq Şam İslam Dövləti" terror təşkilatının bayrağı dalğalanmağa başlayıb. İŞİD üzvləri Suriyanın Hələb şəhərinin Karablus qəsəbəsindəki nəzarət nöqtəsinə öz bayraqlarını asıblar.
İŞİD və Demokratik Birlik Partiyası (PYD) silahlıları arasında Karablusun Zormağara kəndində atışmalar ötən gün də davam edib. İŞİD üzvləri ağır silahlardan da istifadə olunduğu döyüş nəticsində kəndi ələ keçirib. Kənddəki nəzarət məntəqəsinə isə terror təşkilatının bayrağı asılıb.
Bayraq Türkiyə ərazisindən də aydın görünür.
Bu arada isə sərhəddəki döyüşlərdən qaçan 200-ə yaxın suriyalı Türkiyəyə sığınıb. Türkiyə tərəfi sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.
OXŞAR XƏBƏRLƏR
14:24
759
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1330
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1565
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1225
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1625
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1117