Qubada fabrik və 10 hektar taxıl sahəsi kül oldu
Quba rayonunda yanğın baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, yanğın rayonun Qaraçay kəndi ərazisində qeydə alınıb. Kənd sakininə məxsus fabrikin ərazisində sahəsi 250 kvadratmetr olan 3 tikilinin dam örtüyü, fabrikin ərazisində 6 hektar biçilmiş taxıl sahəsi və bələdiyəyə məxsus ərazidə 4 hektar biçilmiş taxıl sahəsi yanıb. Yanğının söndürülməsi üçün Quba ilə yanaşı, Xaçmaz və Şabran rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.Fabrikin digər 3 binası və ərazidə olan 8 yaşayış evi yanğından mühafizə olunub. 6 saat davam edən yanğın söndürülüb.
OXŞAR XƏBƏRLƏR
17:46
639
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
806
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
758
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1137
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
986
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
1008