Bakıda “Hyundai” gürcü qadının maşınına çırpıldı: 2 yaralı
Bakının Suraxanı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Aeroport şossesində qeydə alınıb.
Şosse ilə hava limanı istiqamətində hərəkətdə olan "Hyundai" markalı avtomobilin sürücüsü ötmə qaydalarını pozub və Gürcüstan vətəndaşının idarə etdiyi "Chevrolet" markalı maşını vurub. İlkin məlumata görə, qəza nəticəsində "Hyundai"nin hələlik şəxsiyyəti məlum olmayan sürücüsü və yanındakı qadın sərnişin xəsarət alıb. Qəzadan sonra yolda avtomobillərin sıxlığı artdığından, təcili tibbi yardım briqadası hadisə yerinə çatmaqda çətinlik çəkib. Yaralılar ətrafdakı avtomobillərdən biri ilə xəstəxanaya çatdırılıblar. "Chevrolet"in sürücüsü, Gürcüstan vətəndaşı Orli Palaqaşvili isə qəzadan xəsarətsiz qurtulub.
Aparılan ilkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya sürətlə hərəkət edən "Hyundai" markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub. Qanunla qadağan olunan qaydada ötmə əməliyyatı edən sürücü qəfildən qarşıdakı avtobusu görüb və maşını avtobusa çırpmamaq üçün manevr etmək istəyib. Lakin sürət yüksək olduğundan, o, bunu da edə bilməyib və maşını "Chevrolet"ə çırpıb. Gürcü qadının idarə etdiyi "Chevrolet" isə yoldakı dəmir arakəsmələrə çırpılıb, sonra isə bir neçə metr hündürlüyə qalxaraq, yerə dəyib. Xoşbəxtlikdən sürücüyə heç nə olmayıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub