Vətəndaşdan külli miqdarda pul tələb edən 4 saxta "polis" tutuldu
Azərbaycanda özlərini polis əməkdaşı kimi təqdim edən dəstənin üzvləri tutulub. Daxili İşlər Nazirliyindən (DİN) APA-ya verilən məlumata görə, Yardımlı rayon sakini Balaxan Əliyev polisə ərizə ilə müraciət edərək bildirib ki, evinə gələn şəxsiyyəti məlum olmayan bir qrup şəxs özlərini polis əməkdaşı kimi təqdim edərək oğlu Rabilin Cəlilabad sakini Xəyal Həsənova narkotik vasitə satdığını bildirərək, tutulmaması müqabilində ondan 20 min manat pul tələb ediblər. Pulun verilib-verilmədiyi barədə məlumat açıqlanmasa da, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Sübhan İsayev, Cavid Qurbanov, Bəhram Kərimov ə Şahin Mahmudov tutulub. Cinayətdə iştirak edən Fəqan Əhmədov və Zaur Rzayevin tutulması istiqamətində iş aparılır.
OXŞAR XƏBƏRLƏR
17:46
699
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
863
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
817
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1140
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
988
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
1011