Kim güclüdür: Almaniya, yoxsa Fransa? Braziliya, yoxsa Kolumbiya?
İki günlük fasilədən sonra bu gün dünya çempionatı çərçivəsində oyunlara yenidən start veriləcək. Bakı vaxtı ilə saat 21.00-da mundialda Avropanı layiqincə təmsil edən iki komanda - çempionatın aşkar favoritləri olan Fransa və Almaniya yığmaları üz-üzə gələcəklər. Futbolsevərlər oyunun nəticəsini proqnozlaşdırmağa çətinlik çəksə də, hər kəs bu görüşü erkən final kimi dəyərləndirir. Fransa-Almaniya oyununun qalibi yarımfinalda Braziliya-Kolumbiya oyununun qalibi ilə qarşılaşacaq.
Yarımfinalın ikinci iştirakçısının müəyyən olunacağı Braziliya-Kolumbiya oyunu Bakı vaxtı ilə gecə saat 01.00-da başlayacaq. Cənubi Amerika ölkələrinin qarşılaşması öncəsi Braziliya yığmasında ciddi psixoloji gərginlik yaşanır. Braziliya 11 metrlik zərbələr seriyasının sonunda Çiliyə qalib gəlsə də, bu qələbə həm də futbolçularda ciddi psixoloji problemlər yaradıb. Bu səbəbdən baş məşqçi Felipe Skolyari yığmanın bazasına psixoloq dəvət edib. Tanınmış psixoloq Rejina Brandan oyunçuların psixoloji portretlərini hazırlayıb, onları fərdi söhbətlərlə Kolumbiya ilə oyuna hazırlayıb. Dünya çempionatının ən gözəgəlimli oyununu nümayiş etdirən Kolumbiya yığması isə matça tam hazırdır. Komandanın rəhbərliyi qazanacaqları qələbənin sürpriz olmayacağını bəyan edib. Kolumbiya prezidenti Xuan Manuel Santos ölkə vətəndaşlarını Braziliya ilə oyun zaman ictimai asayişə riayət etməyə çağırıb. Kolumbiya millisinin Uruqvay yığması üzərində son qələbəsindən sonra ölkə ərazisində 3200 insident qeydə alınıb, toqquşmalarda 34 nəfər yaralanıb.

OXŞAR XƏBƏRLƏR
17:46
698
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
862
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
815
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1140
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
988
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
1011