Ukrayna prezidenti müdafiə naziri və Baş Qərargah rəisini işdən çıxardı
Ukraynada müdafiə naziri və Baş Qərargah rəisi dəyişdirilib. APA-nın Ukrayna saytlarına istinadən yaydığı xəbərə görə, Petro Poroşenko müdafiə naziri Mixail Kovalın vəzifəsindən azad olunması barədə Ali Radaya təqdimat verib. Parlament bu təqdimatı qəbul edib. Prezidentin təqdimatı ilə Dövlət Mühafizə İdarəsinin rəisi, general-polkovnik Valeri Qeletey müdafiə naziri vəzifəsinə təsdiqlənib. Petro Poroşenko müdafiə naziri vəzifəsindən çıxardığı Mixail Kovalı Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini təyin edib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi də dəyişib. Petro Poroşenko parlamentdəki çıxışında Baş Qərargah rəisi Mixail Kutsinin bu vəzifəsindən çıxarıldığını açıqlayıb: “Mən Baş Qərargah rəisi Mixail Kutsinə təşəkkür etmək istəyirəm. O, dünən antiterror əməliyyatının aparıldığı zonada kontuziya alıb və beyin silkələnməsi keçirib, hazırda hospitalda müalicə olunur. Müdafiə naziri Mixail Kovala da təşəkkür edirəm. Xidmətə görə çox sağ olun, generallar!" Petro Poroşenko Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə general-leytenant Nikolay Mujenkonu təyin edib. Nikolay Mujenko Baş Qərargah rəisinin müavini vəzifəsini tutub. O, şərqdəki hərbi əməliyyatlarda əsgərlərlə birlikdə bilavasitə iştirak edərək məşhurlaşıb.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub