Gənclər siyasətində daha bir yenilik!
"Gənclər təşkilatlarının fəal olması iki amillə bağlıdır. Birinci səbəb gənclərin cəmiyyətin ən fəal, təşəbbüskar, innovasiyalara meylli olması, ikinci səbəb isə dövlətin gənclər təşkilatlarına dəstəyi ilə bağlıdır”. Bu fikirləri Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Azərbaycan Könüllülər Xidməti” Proqramı və “Gənclər mərkəzləri və Gənclər evləri” virtual xəritəsinin təqdimatı mərasimində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov bildirib.
Ölkədə 3000-dən çox QHT-dən 300-nün gənclər təşkilatı olduğunu bildirən Tahir Süleymanov bu təşkilatların təşkilatlarının layihələrinə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu tərəfindən dəstək verildiyini nəzərə çatdırıb. O, 250 aktiv gənclər təşkilatının 110-nun Gənclər Təşkilatları Milli Şurası ətrafında birləşdiyini qeyd edib: “Bu gün Azərbaycanda demək olar ki, tez-tez böyük beynəlxalq tədbirlər keçirilir. Gələn il isə Bakıda Avropa Olimpiya Oyunları keçiriləcək. Qonaqların qarşılanması, xalqımızın adət-ənənələri ilə tanış edilməsi və digər istiqamətlərdə könüllülərin üzərinə böyük iş düşəcək”.
Milli Məclisin sosial məsələlər komitəsinin sədri Hadı Rəcəbli isə hesab edir ki, bu gün Azərbaycanda tikilən müasir idman mərkəzlərinin, olimpiya komplekslərinin qapıları tez-tez açılmır. Gənclər evləri və gənclər mərkəzlərinin yaradılması bu binalardan aktiv istifadəyə yol aça bilər. Bir vaxtlar qeyri-hökumət təşkilatlarına münasibətin mənfi olduğunu deyən millət vəkili bildirib ki, artıq cəmiyyətin düşüncə tərzi dəyişib və bunun nəticəsidir ki, hazırda Azərbaycanda 3 min qeyri-hökumət təşkilatı var.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub