DSX əsgəri elektrik vurması nəticəsində ölüb
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə APA-ya xidmətin mətbuat mərkəzindən məlumat verilib. Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsindən 2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmış, Quba rayon Əlibəyqışlaq kənd sakini, 19 yaşlı İsgəndərov Şəmsəddin Nəriman oğlu təhlükəsizlik qaydalarını pozub. Nəticədə elektrik xəttində baş vermiş qısaqapanma nəticəsində onu elektrik cərəyanı vurub və əsgər hadisə yerində dünyasını dəyişib. Hazırda faktla bağlı Hərbi Prokurorluq və DSX-nin aidiyyəti strukturları tərəfindən araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
17:46
778
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
942
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
895
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1143
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
991
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
1014