Ərdoğan baş nazirlikdən getmədi: “Özünüzü yormayın!”
Türkiyə prezidentliyinə namizədliyi irəli sürülən Rəcəb Tayyib Ərdoğan baş nazir vəzifəsindən istefa vermək niyyətində deyil. Bunu hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Hüseyn Çelik bəyan edib. O, Ərdoğanın baş nazir vəzifəsindən istefa verməli olduğunu bildirən Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalını tənqid edib.
Onun sözlərinə görə, dünyada seçkiyə gedən baş nazirin istefa verməsinin örnəyi yoxdur: "Öz-özümüzü aldatmayaq. Türkiyədə də, dünyada da bunun bir örnəyi yoxdur. Yüksək Seçki Komissiyasının qərarında hansı məslək sahiblərinin namizəd olduqları təqdirdə istefa verməli olduqları açıqlanıb. Burda nazir və ya baş nazir varmı? Baş nazir istefa verməyəcək. Boş yerə özünüzü yormayın".
Hüseyn Çelik onu da iddia edib ki, keçirilən sosioloji sorjular göstərir ki, Rəcəb Tayyib Ərdoğan ilk turda 50 faizdən çox səs toplayacaq və qalib gələcək.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub