Bakıda idarəetmədən çıxan maşın prospekti qarışdırdı
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb.
Prospektlə şəhərin mərkəzinə doğru hərəkətdə olan "Opel" markalı avtomobilin sürücüsü döngədə idarəetməni itirib. Sürücü idarəetmədən çıxan avtomobili normal hərəkət istiqamətinə qaytarmaq istəsə də, buna nail ola bilməyib və eyni istiqamətdə hərəkət edən digər "Opel"ə vurub. Bundan sonra maşın yol kənarındakı ticarət obyektinin qarşısında dəmir borulara çırpılıb.
"Opel"in xəsarət alan sürücüsü Elvin Həsənzadə avtomobildə sıxılmış vəziyyətdə qalıb. Onun köməyinə hadisə şahidləri çatıblar. Yaralı sürücü maşından çıxarılaraq, 3 saylı şəhər xəstəxanasına aparılıb.
Qəzadan sonra avtomobildə tüstülənmə müşahidə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları çağırılıb. Yanğınsöndürənlər ərazidə qabaqlayıcı tədbirlər görüblər və avtomobilin alovlanmasına imkan verilməyib.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. İlkin versiyaya görə, qəzaya sürücünün sürət həddini aşması və dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub