Zaqatalada ağırtonnajlı avtomobil ağaca çırpıldı
Zaqatalada ağırtonnajlı yük maşını qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Ucar rayonu Lək kənd sakini, 1980-cı il təvəllüdlü Teymur Qurban oğlu Qəmbərov idarə etdiyi “Shagman" markalı maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra yük maşınının kabina hissəsində tüstülənmə baş verib. Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Qəza nəticəsində xəsarət alan sürücü Teymur Qəmbərov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Fakla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:46
778
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
942
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
895
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1143
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
991
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
1014