Taxıl Fondu yerli istehsalçılardan buğda qəbuluna başlayıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün yerli buğda istehsalçılarından buğda qəbuluna başlayıb.
FHN-in mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, cari ilin iyul ayının 2-dən buğda Nazirliyin “Səngəçal” və “Gəncə” Taxıl elevatorları, həmçinin, “Abşeron Taxıl” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “FATOĞLU” MMC, N. Quliyev adına “Bakı-Taxıl” ASC, “Araz" ASC və “Aveta” MMC vasitəsilə qiyməti bir ton üçün 240 AZN olmaqla qəbul edilir.
Buğda Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş bir sıra keyfiyyət göstəricilərinə cavab verməlidir.
Bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub