Nərimanov polisi "KamAZ" oğrusunu tutub
Nərimanov polisi rayon ərazisində yük maşını oğrusunu saxlayıb. APA TV-nin məlumatına görə, Eşqin Həsənov Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək "KamAZ" markalı yük avtomobilinin naməlum şəxs tərəfindən qaçırılması barədə polisə məlumat verib. Polis əməkdaşlarının keçirdiyi operativ əməliyyat nəticəsində yük maşınını qaçıran Oğuz rayon sakini Eldəniz Məmmədov saxlanılıb. İstintaq zamanı məlum olub ki, bu onun ilk oğurluq əməli deyil. Bundan əvvəl də o Ziya Bünyadov prospektində Elnur Mürsəlova məxsus bir başqa "KamAZ"ı qaçıraraq Şəki sakini Əliyev Eminə 5 min 500 manat müqabilində satıb. Əliyev Emin də yük maşınının sənədləri olmadığı üçün onu hissələrə bölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:46
792
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
955
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
910
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1148
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
995
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
1016