Prezident: “Ermənistan status-kvonu saxlamağa çalışır”
“Təəssüflə qeyd edim ki, xarici siyasətimizin mərkəzində dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş əldə edilməyib”. Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Avropanın “Neurope.eu” informasiya portalına müsahibəsində deyib. APA TV-nin məlumatına görə, dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfi danışıqlar prosesini gecikdirmək üçün müxtəlif bəhanələrdən istifadə edir və status-kvonu saxlamağa çalışır.
Prezidentin sözlərinə görə, ötən ilin sonlarında danışıqlarda müşahidə edilən canlanma Azərbaycana 2014-cü ildə irəliləyiş olacağı ilə bağlı müəyyən ümidlər verib:
“Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç zaman imkan verməyəcək. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcək. Münaqişə həll olunmadıqca, Ermənistan dövləti bütün transmilli və regional layihələrdən kənarda qalacaq, erməni xalqının acınacaqlı vəziyyəti daha da pisləşəcək və ölkənin bütün imkanları tamamilə tükənəcək”.

OXŞAR XƏBƏRLƏR
17:46
792
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
955
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
910
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1148
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
995
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
1016