Şimal istiqamətdə hərəkət edən sərnişin qatarlarında qiymətlər enəcək
"Şimal istiqamətdə hərəkət edən sərnişin qatarlarında gediş haqqı tarifləri aşağı salınacaq. Qiymət dəyişikliyi sentyabrın 15-dən etibarən qüvvədə olacaq".
Bunu APA TV-yə “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. Onun sözlərinə görə, bu ilin fevral ayından «Rusiya Dəmir Yolları» ASC öz ərazisində beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarında gediş haqqı tariflərini 25-30 faiz qaldırıb. Bununla əlaqədar olaraq «Rusiya Dəmir Yolları» ASC tərəfindən öz ərazisində sərnişin qatarlarında gediş tariflərini aşağı salınması məqsədilə “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyi 9 iyun 2014-cü ildə müvafiq müraciət edib və ikitərəfli görüş keçirib. Nəticədə "Rusiya Dəmir Yolları" ASC Azərbaycan tərəfinin şimal istiqamətdə hərəkət edən sərnişin qatarlarının kupe və SV vaqonlarında gediş haqlarının baza dəyərinin əmsalının indeksasiya edilməsi təklifini bəyənib. Bundan sonra qərara alınıb ki, 15 sentyabr 2014-cü ildən Şimal istiqamətdə hərəkət edən sərnişin qatarlarında gediş haqqı tariflərinə dəyişiklik edilərək aşağı salınsın.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub