Başına şal bağlayıb mağazadan oğurluq etdi
Göygöldə oğurluq hadisəsi baş verib. Göygöl rayon Polis Şöbəsindən APA TV-nın qərb bürosuna verilən məlumata görə hadisə rayonun mərkəzində baş verib. Göygöl şəhər sakini, Emin Haqverdiyev polisə ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus mağazadan 900 manat pul, telefon danışıq kartları və müxtəlif ərzaq məhsulları oğurlanıb. Zərərçəkmişin müraciəti əsasında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq faktının üstü açılıb. Məlum olub ki, mağazadan oğurluq edən şəxs rayon sakini, 1984-cü il təvəllüdlü Elşən Hacıyevdır.
Elşən Hacıyevin saxlanılması üçün əməliyyat keçirilib. Elşən bıçaqla zor tətbiq edərək onların həyatı üçün təhlükə yaradıb. Elşən Hacıyev əməlini etiraf edib. Onun barəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə ittiham elan edilib.
Elşən Hacıyev ifadə verərəkən bildirib ki, mağazaya anbardan daxil olub və bu zaman mağazanın müşahidə kamerasına düşməməsi üçün başına şal bağlayıb.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub