Qızını həbsdən çıxarmaq üçün borc aldı və öldürüldü - TƏFƏRRÜAT
Paytaxtın Binəqədi rayonu ərazisindəki istirahət parklarından birində baş verən qətl hadisənin təfərrüatları məlum olub. 47 yaşlı Şəhriyar Əhədov tikintidə bir yerdə işlədiyi dostu, 50 yaşlı Namiq Ağayevi parkın ortasında bıçaqlayaraq öldürdüyünü ibtidai istintaqa ifadəsində təsdiqləyib. Onun sözlərinə görə, 6 ildən çoxdur tanıdığı Namiqi borcunu qaytarmadığına görə bıçaqlayıb: "Ona dedim ki, pulu versin, əvəzində söyüş söydü, mən də vurdum".
Təqsirləndirilən şəxs dostuna 5 min manat verdiyini deyib: "İl yarım əvvəl Namiqə 5 min manat vermişdim. Guya həbsdəki qızını çıxarmaq üçün aldı o pulu. Amma heç nə eləmədi, pulumu da qaytarmadı».
İstintaqla müəyyən olunub ki, bıçaq yarası alan mərhum köməksiz vəziyyətdə qalıb, parkda çoxlu qan itirərək ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub