Gəncədə qəza törədən sərxoş sürücünün dili kəsildi
Gəncədə 2 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Göygöl rayonun Üçtəpə kənd sakini 28 yaşlı Vuqar Qurbanov idarə etdiyi “VAZ 21099” markalı avtomobillə prospektlə yüksək sürətlə hərəkətdə olarkən idarə etməni itirib, ağaca daha sonra isə məişət tullantıları qutusuna çırpılıb. Nəticədə sürücü və onun sərnişini 30 yaşlı Qamət Süleymanov ağır bədən xəsarətləri ilə Gəncə şəhər təcilli tibbi yardım xəstəxanasının travmatologiya şöbəsində yerləşdirilib. Xəstəxanadan bildirilib ki, Vüqar Qurbanovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Sükan arxasında sərxoş olan sürücünün dili kəsilib. Faktla bağlı Gəncə şəhər baş polis idarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub