AKP prezidentliyə namizədini bu gün açıqlayacaq
Türkiyənin Ədalət və İnkişaf Partiyası bu gün prezidentliyə namizədini açıqlayacaq. Namizədin açıqlanacağı konqres mərkəzində gecədən hazırlıqlara başlanılıb. Toplantıda 4 minə yaxın adamın iştirak edəcəyi gözlənilir.
Təhlükəsizlik məqsədilə mərkəzin zalı, dəhlizləri bağlanıb, binanın ətrafına təhlükəsizlik çəpəri çəkilib.
Türkiyənin baş nazirinin müavini Bülənd Arınç jurnalistlərə açıqlamasında namizədin adını açıqlamasa da, hakim partiyanın prezident seçkilərinə hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğanla gedəcəyi istisna olunmur.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçiriləcək. İlk turda qalib müəyyənləşməsə, ikinci turun avqustun 24-də keçirilməsi planlaşdırılır. Hazırkı prezident Abdullah Gülün səlahiyyət müddəti avqustun 29-u bitir.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub