Poroşenko atəşkəsi dayandırdı! Ukraynada müharibə başlayır
Ukrayna prezidenti Petro Poroşenko Ukraynanın şərqində atəşkəsi uzatmamaq qərarına gəlib. APA TV xəbər verir ki, bu barədə məlumat Ukrayna prezidentinin saytında yerləşdirilib.
Prezident Petro Poroşenko yeni hərbi əməliyyatların anonsunu da verib: "Biz hücuma keçəcəyik və torpaqlarımızı azad edəcəyik. Atəşkəs rejiminin uzadılmaması bizim terrorçulara, silahlılara cavabımızdır".
Ukrayna prezidentinin sözlərinə görə, Ukrayna silahlı qüvvələri, milli qvardiya, sərhəd xidməti və təhlükəsizlik xidməti müvafiq əmrlər alıblar.
Ukraynanın Prezident Administrasiyası bəyan edib ki, Kiyev yalnız bütün münaqişə tərəfləri sülh planına sadiqlik nümayiş etdirəcəyi halda atəşkəs məsələsinə yenidən qayıda bilər. Rəsmi Kiyev bəyan edib ki, hökumətin sülh planı qüvvədədir və ondan imtina etməyib.
Petro Poroşenko silahı könüllü şəkildə yerə qoyan separatçılara amnistiya vədi verib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub