Göyçayda narkotik plantasiyası tapıldı
Göyçay rayonunda külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilib. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə polis əməkdaşları Göyçay şəhərinin Ziya Bünyadov küçəsindəki 16 saylı evin həyətinə baxış keçiriblər. Reyd zamanı 54 yaşlı Nəbiyev İsmayil Nəsrəddin oğluna məxsus evin arxa tərəfində xüsusi üsulla əkilib becərilmiş çəkisi 64 kiloqram olan 290 ədən çətənə kolu və mənzildən isə ümumi çəkisi 5 kiloqram 675 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Narkotik vasitələri hazırlayan və onun satışı ilə məşğul olan İsmayıl Nəbiyev tutularaq istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3 maddələri ilə cinayət işi açılıb. Faktla bağlı Göyçay rayon Polios Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, İsmayıl Nəbiyev rayonda evlərə dam örtükləri hazırlayan tanınmış dəmirçidir.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub