Ukraynalı deputat: "Rusiyanın sülhə xidmət edən təkliflərini dəstəkləyirik”
“Ukrayna Rusiya ilə danışıqlarda maraqlıdır, ona görə də Rusiyanın təklif etdiyi beynəlxalq qrupun yaradılmasının biz də tərəfdarıyıq”.
APA TV-nin xəbərinə görə, bunu Bakıda səfərdə olan Ukraynanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Oleq Zarubinski bildirib. O qeyd edib ki, Ukrayna heç vaxt işğalçı dövlət olmayıb, başqalarına müharibə elan etməyib və torpağına göz dikməyib: “Biz sülhsevər dövlətik. Bütün bunlara baxmayaraq, Rusiyanın hər hansı təklifi sülhə xidmət edirsə, bunu birmənalı dəstəkləyirik”.
Ukraynalı rəsmi Avropa ilə imzalanan assosiativ sazişə də toxunaraq deyib ki, Ukrayna Rusiya ilə münasibətlərə də xələl gəlməməlidir: “Bu saziş bütün hallarda Ukrayna iqtisadiyyatına təsirini göstərəcək, biz bunu bilirik, amma bu siyasi qərardır və xalqın iradəsidir”.
Nümayəndə heyətinin sədr müavini Mikola Katerunçuk isə bildirib ki, bu gün Ukraynanın döyüşlər gedən hissələrində insan hüquqları ciddi şəkildə pozulur. Onun sözlərinə görə, Ukraynanın siyasi, iqtisadi, sosial fəaliyyətində Krım həmişə predmet olaraq qalacaq.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub