İŞİD terrorçuları işğal etdikləri ərazilərdə xilafət elan ediblər
İŞİD terrorçu qruplaşması Suriya və İraqda işğal etdiyi ərazilərdə xilafətin yaradıldığını elan edib. “Əl-Cəzirə”-nin verdiyi məlumata görə, bazar günü yayılan audioyazıda bildirilir ki, qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadi bütün müsəlmanların lideri və xəlifədir.
“Lideri dinləyin və ona itaət edin. Günü-gündən güclənən dövlətinizi dəstəkləyin” - deyə qruplaşmanın sözçüsü Əbu Məhəmməd əl-Adnani bildirib.
Xilafətin “İslam Dövləti” adlandırıldığı və İraqın Diyalə vilayətindən Suriyanın Hələb şəhərinədək olan ərazini əhatə etdiyi bildirilir.
İraqda yerli peşmərgələr isə İŞİD qarşı döyüşlərə hazır olduğunu bəyan ediblər. Artıq bununla bağlı İraqın Diyala ərazisindəki Cəlavlə kəndində silahlı əməliyyata başlanıb.
Onlar İŞID-in işğal etdiyi ərazilərin geri qaytarılanadək mübarizəni davam etdirəcəklərini deyiblər.
Bu arada terrorçular Suriyanın Türkiyə ilə sərhədinə təşkilatın bayrağını asıblar.
APA TV-nin xəbərinə görə, ABŞ-da fəaliyyət göstərən "Sofan Qrup" adlı strateji araşdırmalar mərkəzi isə İŞİD-in tərkibində döyüşən əcnəbilərlər bağlı material dərc edib. Hesabatda Suriyada 3 ildə davam edən müharibə zamanı bu ölkəyə 12 mindən çox xarici vətəndaşın döyüşmək üçün getdiyi deyilir. Əcnəbilərin Orta Şərq, Şimali Afrika, Avropadan olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub