Qurban Yetirmişli: "Zaqatalada bir gündə 100-dən çox zəlzələ olub"
“Dünəndən bu günə kimi Zaqatala rayonunda zəlzələ baş verən ərazidə 10-dan çox after-şok olub. Ən zəif təkanların sayı isə 100-ü keçib”.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA TV-yə deyib ki, hazırda ərazidə proses, gərginlik boşalması gedir: "Bu o deməkdir ki, orda gərginlik boşalması davam edir. 5.2 bal gücündə olan zəlzələ bir təkanla kifayətlənmir. Əhali təşvişə düşməsin. Ola bilsin ki, bu təkanlar arasında qismən hiss olunan da olsun. Ama dünən baş verən zəlzələdən güclü təkan olmaz".
Zəlzələnin baş vermə səbəbinə gəlincə, mərkəzin baş direktoru deyir ki, yeraltı təkan Gəncəçay-Alazan və Qazax-Siqnax qırılmalarının təsirindən baş verib. Zəlzələnin təsirləri barədə danışan Q.Yetirmişlinin sözlərinə görə, Zaqatalanın Göyəm və Dombabinə kəndində əvvəllər qəza vəziyyətində olan 1-2 evlərdə dağıntı olub: "Ətraf rayonlarda dünənki zəlzələ hiss olunmalı idi - Oğuz, Qax , Şəki və Balakəndə. Episentrə yaxın ərazilərdə hiss olunub. 2012-ci ildəki zəlzələdən az olduğu üçün dağıntılar azdır. Köhnə tikili və qəzalı binalara təsiri olub. 2012-ci il zəlzələsindən sonra tikilən binaların heç birinə təsiri yoxdur".
Qeyd edək ki, iyunun 29-da saat 22.26-da Zaqataladan 14 km cənub-qərbdə zəlzələ qeydə alınıb. 12 km dərinlikdə baş verən zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 6.0 bala qədər hiss olunub.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub