Çayda batan tələbənin cəsədi tapıldı
Göyçayda su kanalında boğulan 16 yaşlı tələbənin cəsədi tapılıb. APA TV-nin xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib ki, iyunun 28-də nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1998-ci il təvəllüdlü Elnar Elşən oğlu Məmmədov Yuxarı Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Elnar Məmmədovun axtarışları başa çatıb və onun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 1500 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alan Elnar Məmmədov iyunun 28-də oxuduğu məktəbdə ilin son imtahanını verdikdən sonra axşam saatlarında kollecin digər 3 tələbəsilə birlikdə Yuxarı Şirvan kanalında çimməyə gedib.
Onlar birgə kanalın Potu kəndindən keçən hissəsində birgə çimsələr də, Elnarın sonradan suya tək baş vurması faciə ilə nəticələnib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub