Şamaxıda vəhşi heyvanlar 74 yaşlı kişini parçalayıb
Şamaxıda rayonunda itkin düşmüş şəxsin meyiti tapılıb. Şamaxı Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, iyunun 16-da Muğanlı kənd sakini, 74 yaşlı Şahmurad Mustafayevin itkin düşməsi barədə müraciət daxil olub. Ailə üzvləri bildiriblər ki, Şahmurad Mustafayev həmin gün evdən çıxıb və naməlum istiqamətə hərəkət edib. İyunun 29-da isə onun vəhşi heyvanlar tərəfindən parçalanmış meyiti kənd yaxınlığındakı Söyüdlü adlanan taxıl sahəsində aşkarlanıb və dərhal da polisə xəbər verilib.
Hazırda 74 yaşlı kişinin ölüm səbəbi araşdırılır. Onun ölümündən əvvəl, yaxud sonra vəhşi heyvanların hücumuna məruz qalması məlum deyil.
Ailəsindən polisə verilən məlumatda 74 yaşlı kişinin psixi problemləri olduğu deyilir. Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub