İraq Rusiyadan 500 milyon dollara "SU-25"lər aldı
İraq Ordusu ilə İraq Şam İslam Dövləti (IŞİD arasındakı qarşıdurmalar Tikrit şəhərində davam edir. APA TV-nin məlumatına görə, ordu qüvvələri terrorçuların əlinə keçən şəhəri geri almaq üçün quru və hava əməliyyatlarına ara vermədən davam edir. Bu arada İran İŞİD-ə qarşı əməliyyatlara kömək edə biləcəyini bildirib.
İŞİD terrorçuları Mosul, Telafer, Tikrit və Baxibə şəhərlərini və Suriya sərhədində strateji əhəmiyyətə sahib nöqtələri ələ keçirib. Terrorçular Bağdada doğru irəliləyirlər. İraq ordusu Bağdada gedən yollara postlar qurub. Rusiyadan alınan "SU-25" tipli döyüş reaktivlərinin ilk partiyası çatdırılıb. İraq Hava qüvvələri komandiri Ənvər Hammam İraqın aldığı təyyarələri yaxın günlərdə istifadə edəcəklərini bildirib. Döyüş təyyarələri İraqa 500 milyon dollara başa gəlib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub