Sərxoş sürücü 66 yaşlı qadını xəstəxanalıq etdi
Gəncə şəhər Təmizlik İdarəsinin işçisini maşın vurub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Zülfü Haçıyev küçəsində baş verib. Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Doçenko Davud İvanoviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə idarəetməni itirib və maşını yolun kənarında olan divara çırpıb. Daha sonra avtomobil yolda təmizlik aparan, Gəncə şəhər Təmizlik İdarəsinin işçisi, 66 yaşlı Humay Musayevanı vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə Doçenko Davud İvanoviç avtomobili idarə edərkən sərxoş olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:46
870
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1032
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
982
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1153
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
998
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
1020