Valideynlər yeni evlənmiş övladlarının başlarını kəsdilər
Pakistanda dəhşətli hadisə yaşanıb. Yeni evlənmiş cütlük gəlinin valideynləri və qohumları tərəfindən qəddarlıqla qətlə yetirilib. Onların başları kəsilib. Vesti.az-ın məlumatına görə, ailə həyatı quran gənclər valideynlərin razılığı olmadan evləndiklərinə görə öldürülüblər. Gəlinin valideynləri - babası, həmçinin digər iki qohumu cinayəti törətdikləri günün sabahı tutulublar. Gənclərin toyu isə bir həftə əvvəl Pəncab vlayətində keçirilib. 17 yaşlı qız 31 yaşlı gənclə nikaha girib. Amma onların bu evliliyinə valideynləri icazə verməyiblər. Bundan xəbər tutan qızın ata-anası və qohumları ailə quranları barışmaq adı ilə evə gətiriblər. Bundan sonra isə onların əl-ayaqlarını bağlayaraq başlarını kəsiblər. Xatırladaq ki, Pakistanda nikahlar yalnız böyüklərin razılığı olarsa baş tuta bilər. Əks halda, qaydaları pozanları valideynlərinin iradəsinə uyğun olaraq ciddi cəzalar gözləyir. Buna misal olaraq, bir müddət əvvəl Lahor şəhər Məhkəməsinin önündə öz istəyilə ərə getdiyi üçün hamilə bir qadının qardaşları və atası tərəfindən balta ilə doğranmasını misal göstərmək olar.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub