Ukrayna separatçıları ATƏT-in dörd girov müşahidəçisini azad etdilər
Ukraynanın şərqində ötən ay qaçırılan ATƏT müşahidəçilərinin sonuncu 4 nəfəri azad edilib. APA TV-nin məlumatına görə, qondarma "Donestk Xalq Respublikasının" rəhbəri Aleksandr Boroday ötən gün axşam saatlarında azad edilən ATƏT müşahidəçiləri ilə birlikdə Donetskdəki otelə gəlib. Müşahidəçiləri Luqanskdan gətirildiyini deyən Donetsk separatçılarının lideri üzərlərinə düşəni yerinə yetirdiklərini bildirib. Müşahidəçilərin sayın 29-da Luqanskda girov götürüldüyünü bildirən Aleksandr Boroday deyib ki, ümumilikdə 8 ATƏT nümayəndəsi girov götürülmüşdü: "Onların hamısının sərbəst buraxılmasını təmin etdik. Gördüyünüz kimir hər şey normaldır, səhhətləri yaxşıdır. Bundan sonra müşahidəçilərin nə edəcəyini bilmirəm. Hər halda, fəaliyyətlərini davam etdirəcəklər". ATƏT-in xüsusi müşahidə missiyasırəhbərinin müavini Mark Etherinqton isə girov götürülən daha dörd müşahidəçini təhvil aldıqlarından razı qaldıqlarını bildirib. ATƏT müşahidəçilərinin gecəni oteldə qalacağı, bu gün isə Donetski tərk edəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub