Bağdad yaxınlığında İŞİD-lə qanlı döyüşlər: 74 ölü!
Bağdadın cənubunda İraq ordusu və "İraq Şam İslam Dövləti" silahlıları arasında gedən ağır döyüşlər zamanı 74 nəfər ölüb. APA TV-nin məlumatına görə, bir neçə saat davam edən şiddətli döyüş Bağdaddan 50 km cənubda yerləşən Curf əs Səhr rayonunda baş verib. Atışma zamanı 21 hərbçi həlak olub, İŞİD qruplaşmasının azı 53 üzvü öldürülüb, 40-dək silahlı yaralanıb, bir neçəsi isə saxlanılıb. Bu arada isə İraqın Tikrit şəhərinin İraq Şam İslam Dövləti qruplaşmasından geri alındığı barədə məlumatlar yayılıb. Hazırda Tikritin mərkəzi İraq ordusunun nəzarətindədir. İraqın rəsmi televiziya kanalı Tikritdəki döyüşlərdə 60 silahlının öldürüldüyü və şəhərin administrasiya binasının ordunun əlinə keçdiyi barədə məlumat yayıb. Qeyd edək ki, bir müddətdir qanlı döyüşlərin getdiyi İraqda "İraq Şam İslam Dövləti" qruplaşması və bəzi əşirətlər Mosul, Tikrit, Bakubə və Telafer şəhərlərini, eləcə də bir neçə qəsəbəni ələ keçirmişdi.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub