Braziliya millisini penaltilər xilas elədi
Braziliyanın futbol millisi dünya çempoinatının 1/8 final mərhələsində Çili yığmasını məğlub etdi. Belu-Orizonti şəhərinin "Maneyrao" stadionunda keçirilən qarşılaşma turnirin ev sahiblərinin oyundan sonrakı penaltilər seriyasındakı 3:2 hesablı qələbəsi ilə başa çatdı. Oyunun əsas vaxtı və əlavə hissələrdə 1:1 hesablı heç-heçə qeydə alındı.
Qarşılaşmada hesabı Braziliya millisinin müdafiəçisi David Luis 18-ci dəqiqədə açdı.
32-ci dəqiqədə Çili millisinin hücumçusu Aleksis Sançes hesaba bərabərlik gətirdi - 1:1.
Oyunun ikinci hissəsində və 15 dəqiqəlik iki əlavə hissədə qapılara qol vurulmadı. İkinci əlavə hissənin son dəqiqəsində Çili millisi qələbə qolunu vura bilərdi. Amma Maurusio Pinilyanın zərbəsindən sonra top qapının üst dirəyinə dəydi.
Oyundan sonrakı penaltilər seriyasına Çili yığması pis başladı. Maurusio Pinilyanın zərbəsini qapıçı qaytardı. Braziliya yığmasından David Luis, Marselo və Neymarın, Çili millisindən isə Çarlez Arangis və Marselo Diasın zərbələri dəqiq oldu. Çili yığmasının futbolçusu Qonsalo Haranın qaçırdığı penalti qarşılaşmanın taleyini həll elədi.
Beləliklə, Braziliya millisi çətinliklə də olsa turnirin növbəti mərhələsinə vəsiqə qazandı.
OXŞAR XƏBƏRLƏR
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”