Ramazan ayı başladı
Bu gündən Ramazan ayı başlayıb. APA TV-nin məlumatına görə, şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı iyulun 28-i və ya 29-na təsadüf edəcək. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan orucunu tutanlara kömək məqsədilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb. QMİ-dən bildirilib ki, oruc və namaz vaxtlarını ayrı-ayrı qurumlar tərəfindən hazırlanan, təfriqə yaradan cədvəllərə deyil, Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanan, elmə əsaslanan, milli-mənəvi birliyə xidmət edən cədvələ müvafiq nizamlamaq tövsiyə olunur. Cədvələ riayət olunmasının təmini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə edilib. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 24-dən 25-nə və 26-dan 27-nə keçən gecələrə təsadüf edir.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub