Azərbaycanda "Sevgililər Günü"nün rəsmiləşdirilməsi təklif olunur
"Bu gün bizim bura toplaşmağımızda məqsəd xalqımızın tarixində istiqlal və azadlıq uğurunda mübarizənin ən uca qəhrəmanlıq zirvəsi olan 20 Yanvar şəhidləri - İlham və Fərizənin evləndikləri günü, 30 iyun tarixini “Sevgililər Günü” kimi qeyd olunması həm milli azadlıq ideyalarına, həm də fədakar sevgiyə və sədaqətə ehtiram olardı".
Bunu 30 iyun "Sevgililər Günü" münasibətilə keçirilən tədbirdə professor Nizaməddin Şəmsizadə deyib. Aralarında millət vəkili və xalq artıstləri də olmaqla, Azərbaycanın tanınmış ziyalıları, İlham və Fərizənin ailə üzvləri 20 Yanvar şəhidlərinin toylarının ildönümü ərəfəsində yenidən bir araya gəlib. APA TV-nin məlumatına görə, məqsəd müasir Azərbaycan gəncliyininin diqqətini 30 iyun tarixinə və bu günün əhəmiyyətinə cəlb etməkdir. İlhamın qardaşı Elxan Allahverdiyev bildirib ki, "Artıq ictimaiyyət 30 iyun tarixini sevgililər günü kimi qəbul edir. 12 ildir bu tarix "sevgililər günü" kimi qeyd olunur. Olduqca zəruri, ülvi və nəcib bu məsələ ilə bağlı ötən il prezident İlham Əliyevə də müraciət etmişik ki, bu gün “Sevgililər Günü” kimi rəsmiləşin. İnanıram ki, qardaşımın adaşı olan prezident İlham Əliyev bunu bizlərə ərmağan edəcək " .
Bildirilib ki, məhz həmin gün Azərbaycan İlham kimi mübariz oğlunu, Fərizə kimi fədakar qızını itirib. Bu gün Azərbaycanda 30 iyun toy, ailə və sevgililər günü kimi qeyd olunur.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub