Ermənilər Bakıda təxribat törətmək istədilər
ATƏT Parlament Assambleyasının (PA) Daimi Komitəsinin bu gün Bakıda keçirilən iclası zamanı Ermənistan nümayəndə heyəti tərəfindən təxribata cəhd edilib. İclasda ABŞ-ın ATƏT PA-da təmsilçisi Benjamin Kardinin Ukrayna məsələsi ilə bağlı Rusiya əleyhinə təklif etdiyi qətnamənin müzakirəsi zamanı söz alan erməni deputatlar gözlənilmədən mövzunu dəyişiblər. APA TV-nin məlumatına görə, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan qətnamədən çox Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını inkar edərək, münaqişənin həlli üçün Azərbaycanı Dağlıq Qarabağın separatçı rejimi ilə danışıqlara çağırıb. O, səs tonunu qaldıraraq zalda ajiotaj yaradıb. Əsəbi halda çıxış edən erməni deputat münaqişənin həllində Azərbaycanı ATƏT-in Minsk Qrupunun üzvləri arasında daha çox ABŞ-a güvənməkdə ittiham edib. ATƏT PA-nın prezidenti Ranko Kirovokapiç A rtaşes Geqamyana gündəlikdəki qətnaməni xatırlatsa da, o, yenidən bu qətnamədəki mövzuya - Ukrayna məsələsi və digər paralel münaqişələrin həllinə toxunmayaraq, xalqların öz müqəddəratını təyin etməsi məsələsini ortaya atmağa cəhd edib. Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə 22 ildir işğal olunmuş torpaqları, bunun fəsadlarını görməməyi “qumdan başı yeni çıxan kor dəvəquşuya” bənzədib: "22 ildir faktiki torpaqlar işğal altındandır, kor dəvəquşu kimi bunu görməmək olmaz!”
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub