Sərxoş sürücü qəza törədib qaçdı: xəsarət alan var
Gecə saatlarında paytaxtın Nizami rayonunda 3 maşının iştirakı ilə zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpüdə qeydə alınıb. “Volqa-Qaz 24” markalı avtomobilin sürücüsü "Koroğlu" metrosundan üzü Dərnəgül prospekti istiqamətində hərəkətdə olarkən idarə etməni itirib. Nəticədə "Qaz 24" əvvəlcə qarşısında hərəkətdə olan “Lexsus”a çırpılıb, daha sonra yolun qoruyucu səddini aşaraq əks istiqamətdə hərəkət edən 44 yaşlı Rövşən İbrahimovun sükanı arxasında olduğu “Toyota Corolla” nı vurub. Zərbə güclü olduğundan "Volqa"nın sürücüsü və "Corolla" da olan sərnişin Leyla İbrahimova xəsarət alıb. Dərhal hadisə yerinə Təcili tibbi yardımın əməkdaşları cəlb olunub. Leyla İbrahimovaya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Hadisə yerində olan şahidlərin sözlərinə görə, qəzanı törədən sürücü ağır vəziyyətdə hadisə yerini tərk edib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzanı törədən "Qaz 24" sürücüsü yol hərəkət qaydalarını pozmaqla yanaşı avtomobili içkili idarə edirmiş. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub