Qaxda narkotik bitkisi əkən şəxs saxlanılıb
Qaxda həyətyanı sahədə narkotik bitki aşkarlanıb. APA TV-nin məlumatına görə, rayonun Marsan kənd sakini həyətində narkotik tərkibli bitki becərmək istəyib ancaq, polis əməkdaşları bunun qarşısını alıb.
Qax Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon ərazisində narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa cəlb edilməsi və narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbiri keçirilib. Tədbir nəticəsində rayonun Marsan kənd sakini Vaqif Əliyevin yaşadığı evin həyətyanı sahəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Nəticədə həyətyanı sahədə aqrotexniki qaydada qulluq edilmiş 2 ədəd narkotik tərkibli bitki hesab olunan çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Vaqif Əliyev narkotik tərkibli bitkiləri, özünün istifadəsi üçün əkdiyini bildirib. Onu da qeyd edək ki, Vaqif Əliyev əvvəllər də ayrı-ayrı cinayət əməllərinə görə, ümumilikdə 8 il olmaqla iki dəfə məhkumluq həyatı yaşayıb. Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub