Göyçayda güclü yanğın: Ailə evsiz qaldı
Göyçay rayonunda əsən güclü külək bir ailəni evsiz qoyub.
Rayon Yanğından Mühafizə Hissəsindən APA TV-yə verilən xəbərə görə, hadisə Yeniarx kəndində qeydə alınıb. Kənd sakini, 79 yaşlı Məhbubə Əhmədovaya məxsus ümumi sahəsi 180 kvadratmetr olan evdə bas verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub. Hadisə zamani ev içindəki əşyalar və sənədlərlə birgə tamamilə yanaraq yararsız hala düşüb. Evdə heç kim olmadığı üçün yanğınsöndürənlərə gec məlumat verilib. Yanğın zamanı yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.
Hadisənin hansı səbəbdən bas verdiyi hələ ki, məlum deyil. Hadisə zamani xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:46
900
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1063
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1005
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1161
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
1005
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
1026