Heydər Əsədov: "Bu il məhsuldarlıq azalacaq"
“Mənə verilən məlumata görə, bu ilki quraqlıqlar sonuncu dəfə 1982-ci ildə olub. Bu hadisələr təkcə bizdə yox dünyanın hər bir yerində baş verir. Buna görə də biz məhsuldarlığın azalmasını gözləyirik. Artıq ölkədə taxıl sahələrinin 60 faizi biçilib. İqlim dəyişikliyi səbəbindən məhsuldarlıq hektardan 1-2 sentner azala bilər”.
APA TV-n in xəbərinə görə, kənd təsərrüfatı naziri Heydər Əsədov Gəncədə jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, iqlim dəyişikliyi kontekstində bütün hadisələrə hazır olmaq lazımdır.
Nazir saxta subsidiya alanlara qarşı sərt cəzaların tətbiq ediləcəyini vurğulayıb. O əlavə edib ki, üç rayonda monitorinq tipli yoxlamalar keçirilib və bir neçə təsərrüfatlarda saxta subsidiya hallarına yol verildiyi aşkarlanıb: "Monitorinqlər seçmə xarakter daşıyır. Narahatedici faktlar olduğu üçün hər üç fakt Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib".
Heydər Əsədov Samux rayonunda vətəndaşları qəbul edib. Görüşdə Daşkəsən, Göygöl, Yevlax, Goranboy, Xocalı, Kəlbəcər və Samux rayonundan 40-dan atıq şikayətçilər iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub