İyulda hava necə olacaq? - PROQNOZ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyul ayına olan hava proqnozunu açıqlayıb. APA TV-nin xəbərinə görə, iyul ayında orta aylıq temperaturunun birinci ongünlükdə iqlim normasından bir qədər yüksək, ikinci ongünlükdə normaya yaxın, bəzi günlərdə isə normadan bir qədər aşağı olacağı gözlənilir. Ay ərzində tez-tez şimal küləyinin güclənəcəyi ehtimalı var. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olaq. Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 21-25, gündüzlər 28-33, bəzi günlərdə 35-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 2-3 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub