Ronaldunun qolu Portuqaliyaya kömək etmədi
Futbol üzrə dünya çempionatında Portuqaliya və Qana milliləri qarşılaşıblar. Bu oyun ərəfəsində komandaların hər birinin 1 xalı var idi. Portuqaliya millisi Almaniya yığmasına 0:4 hesabı ilə məğlub olmuş və ABŞ yığması ilə 2:2 hesablı heç-heçə etmişdi. Qanalılar isə ABŞ millisinə 1:2 hesabı ilə məğlub olmuş, Almaniya yığması ilə 2:2 hesablı heç-heçə etmişdilər. Portuqaliya millisi qrupdan çıxmaq üçün Qananı böyük hesabla məğlub etməliydi.
Portuqaliyalılar birinci hissədə Qana futbolçularının səyi nəticəsində açdılar. Daha doğrusu, qanalı Boye 31-ci dəqiqədə topu öz qapısına göndərdi.
Birinci hissə portuqaliyalıların minimal üstünlüyü ilə başa çatdı.
İkinci hissədə Qana yığması hesabı bərabərləşdirdi. Asamoa Qyan 57-ci dəqiqədə bərabərlik qolunu vurdu. Oyunun bitməsinə 10 dəqiqə qalmış Kriştianu Ronaldu portuqaliyalıları yenidən hesabda irəli çıxardı.
Amma bu, Portuqaliya millisinə qrupdan çıxmağa kifayət etmədi. Beləliklə, portuqaliyalılar evə dönməzdən əvvəl ilk qələbələrini qazandılar, komandanın lideri Kriştianu Ronaldu isə dünya çempionatında ilk və yeganə qolunu vurdu.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub